Cəlilabadda çay daşdı, həyətləri su basdı


11:32     17 Fevral 2019 19_02_17_1550388852.jpg

Cəlilabad rayonunda ötən gün yağan intensiv yağış çayın daşmasına səbəb olub.

Təbiət hadisəsi rayonun Sabirabad kəndində baş verib. Belə ki, axşam saatlarında kənd yaxınlığından keçən Qarayar çayı məcrasından çıxaraq ətraf ərazilərdə olan evlərin həyət və zirzəmisini basıb.
Çay suları həyətyanı təssərüfata da ziyan vurub, həmçinin kənd qəbiristanlığı da su altında qalıb. Hazırda təbiət hadisənin nəticələri aradan qaldırılır və əraziyə texnikalar cəlb edilib.

Qeyd edək ki, əvvəllər də intensiv yağıntılar zamanı bu çay dəfələrlə daşıb. (Report)

Açar sözlər:

Oxunub: 445