Sahibkar öz mağazasında öldü - Bədbəxt hadisə


17:16     17 Fevral 2019 kisi%20oldu.jpg

Bu gün günorta saatlarında Sabirabad rayonunun Muğan Gəncəli kəndində mağaza sahibi bədbəxt hadisə nəticəsində dünyasını dəyişib.

Femida.az-ın virtualaz.org-a məlumatına görə, 38 yaşlı sahibkar Mirzəyev İlqar Əlizadə oğlu mağazasında aparılan tikinti işləri zamanı üzərinə dəmir parçası düşməsi nəticəsində dünyasını dəyişib. Bədbəxt hadisə İlqar Mirzəyevə məxsus mağaza bu yaxınlarda elektrik qısaqapanmasından yandığı üçün tikinti-bərpa işləri aparılarkən baş verib.

Femida.az

Açar sözlər:

Oxunub: 414