Rusiyadan Venesuelaya siyasi zərbə


18:20     17 Fevral 2019 19_02_17_1550411485.jpg

Rusiyanın “Qazprombank” dövlət şirkəti Venesuelanın “Petroleos de Venezuela” (PDVSA) dövlət neft şirkətinə aid hesabları dondurmaq qərarı alıb.

Bu barədə “Reuters” mənbəsinə istinadən məlumat yayıb. Bundan başqa, “Qazprombank” şirkətlə əməliyyatları dayandırıb.

“PDVSA-nın hesabları hazırda dondurulub. Başa düşdüyünüz kimi, əməliyyatlar yerinə yetirilmir” deyə mənbə bildirib.

Qeyd edilir ki, bu addım ABŞ sanksiyaları səbəbindən bankı gözləyəcək mümkün riskləri azaltmaq üçün atılıb.

“Qazprombank” hələ ki, məlumatı şərh etməyib.

Femida.az

Açar sözlər:

Oxunub: 345