"Çeçenlər bizim qardaşlarımızdır" - Zabit Səmədov


18:56     17 Fevral 2019 19_02_17_1550414284.jpg

Azərbaycanlı K-1 döyüşçüsü, kikboksinq üzrə dəfələrlə dünya və Avropa çempionu olmuş Zabit Səmədov Moskvada azərbaycanlılarla çeçenlər arasında baş verən insidentə münasibət bildirib.

Femida.az xəbər verir ki, Zabit Səmədov bu barədə öz Instagram səhifəsində yazıb.

"Bizim əcdadlarımızın keçdikləri yol Qafqaz xalqları üçün igidlik nümunəsidir. Bizi həmişə hörmət etməyi, eləcə də din qardaşlarımıza və Qafqaz ərazisində yaşayan qardaşlarımıza kömək etməyi öyrədiblər

Bu gün biz Azərbaycan və Çeçen xalqları arasında ikitərəfli səmimi münasibətləri görürük, bu, bizim əcdadlarımızın münasibətlərinin nəsildən nəsilə davamıdır.

Qürur hissi ilə deyə bilərəm ki, çeçenlər bizim qardaşlarımızdır və Çeçenistanda da mənim xalqım haqda eyni fikirləri səsləndirirlər", - o bildirib.

Zabit Səmədov əminliyini vurğulayıb ki, azərbaycanlılar və çeçenlər qardaş xalqların münasibətlərini korlamağa cəhd edənlərin toruna düşməyəcəklər.

Femida.az

Açar sözlər:

Oxunub: 581