Cəlilabadda qəza - Yaralılar var


19:16     17 Fevral 2019 klinika.jpg

Cəlilabadda bir neçə nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

Hadisə yeni Ələt-Astara avtomobil yolunun rayonun Uzuntəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Mercedes" markalı minik avtomobili yoldan çıxaraq aşıb və yanmağa başlayıb. Hadisə yerinə Cəlilabad Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnika və canlı qüvvələri cəlb edilərək və yanğın söndürülüb.

İlkin məlumata görə, qəza zamanı 3 nəfər yaralanıb. Yaralılar xəstəxanaya çatdırılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl Cəlilabadda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. / Report

Femida.az

Açar sözlər:

Oxunub: 426