45 cinayətin üstü “isti izlər”lə açılıb
09:31 18 Fevral 2019
Fevralın ayının 16-dan 18-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatlar açıqlanıb.
DİN-in Mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən 2 gün ərzində 45 cinayətin üstü “isti izlər”lə açılıb. Əvvəlki dövrlərdən bağlı qalmış 29 cinayətin açılması təmin olunub.
Axtarışda olduğuna görə ümumilikdə 17 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 2 nəfər, borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Respublikanın avtomobil yollarında 10 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər ölüb, 21 nəfər xəsarət alıb.
Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 23, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib. Cinayət törətməkdə şübhəli bilinən 68 nəfər saxlanılıb.
Oxunub: 423
Oxşar xəbərlər
- 455 şəhid ailəsinin məişət şəraiti yaxşılaşdırılıb
- 45 gün komada qalan Vətən müharibəsi qazisi şəhid olub
- 4500-dən çox şəhid ailəsi və müharibə iştirakçısına sosial dəstək göstərilib
- 45 445 hərəkət iştirakçısı inzibati məsuliyyətə cəlb edildi
- 45 yaşlı kişi çayda boğuldu - Lənkəranda
- 456 ağac oğurlayan şəxs tutulub
- 45 yaşlı qadın işgəncə ilə qətlə yetirildi
- 4500 il yaşı olan bütlər tapılıb - Cəlilabadda
- 45 yaşlı qadını maşın vurdu
- 45 yaşlı kişi özünü asdı