Azərbaycanlılarla insidentə görə bloqqer saxlanıldı


10:50     18 Fevral 2019 2019/02/330998_src_1550472895.jpg

Fevralın 15-də Moskvada “Neolit” kafesinə silahlı hücumda şübhəli bilinənlərdən biri, bloqqer Əlibəy Mirzəxanov saxlanılıb.


Bu barədə “TASS” agentliyinə hüquq-mühafizə orqanlarından bildirilib.

“Fevralın 17-də 1994-cü il təvəllüdlü Əlibəy Mirzəxanovun Moskvada Filevski bulvarında yerləşən mənzilində aparılan axtarışlardan sonra o, saxlanılıb”, - deyə mənbə söyləyib.

Mənbə şübhəlinin evində nəyin tapıldığına dair informasiya verməyib.

“Novoe delo” portalı xəbər verir ki, ona qarşı Cinayət Məcəlləsinin iki maddəsi (“Bir qrup şəxs tərəfindən əvvəlcədən razılaşma yolu ilə edilən xuliqanlıq”) üzrə cinayət işi açılıb.
Bildirilir ki, Ə. Mirzəxanov sözügedən kafeyə 4 nəfərlə, əllərində bıçaq və travmatik silahla gediblər.

Açar sözlər:

Oxunub: 812