Məktəbli qız dəm qazından boğuldu


10:57     18 Fevral 2019 19_02_18_1550473079.jpg

Biləsuvarda 11-ci sinif şagirdi babasının evində ölüb. “Qafqazinfo”nun verdiyi xəbərə görə, hadisə fevralın 17-si gecə saat 22 radələrində baş verib.

Rayonun Xırmandalı kəndində yaşayan 2001-ci il təvəllüdlü Elxanə Hüsyenzadənin dəm qazından zəhərlənərək ölməsi barədə məlumat daxil olub. Polis və prokurorluq orqanları əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin olunub.

İlkin araşdırma zamanı müəyyən edilib ki, E.Hüseynzadə çimmək üçün babasına məxsus evin həyətində yerləşən hamama girib və orada dəm qazından boğularaq vəfat edib.

Fatkla bağlı rayon prokurorluğunda araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 386