Evdən 9 kq-a yaxın narkotik götürülüb


11:22     18 Fevral 2019 19_02_18_1550474558.jpg

Cəlilabad Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini D.Cəfərli 79 qrama yaxın narkotik vasitə olan tiryəki satarkən cinayət başında yaxalanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Femida.az -a verilən məlumata görə, polis əməkdaşları onun narkotiki əldə etdiyi mənbəni də müəyyən ediblər. Keçirilən əməliyyat-axtarış tədbirləri ilə narkotik vasitəni ona satmaqda şübhəli bilinən həmyerlisi Ş.Novruzov da saxlanılıb.

Onun yaşadığı evdə aparılan əməliyyat-axtarış tədbirləri ilə oradan çəkisi 2 kiloqram 158 qramdan artıq heroin, 6,1 kiloqrama yaxın tiryək, 174 qramdan çox həşiş və 42 qram metamfetamin aşkar edilərək götürülüb. Faktla bağlı cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 333