Avropa Rusiya təyyarəsindən imtina etdi


11:42     18 Fevral 2019 19_02_18_1550475810.jpg

İrlandiyanın “CityJet” aviaşirkəti Rusiyanın “Sukhoi Superjet 100” təyyarələrinin istismarından imtina edib.


Bu barədə “Vedemosti” məlumat yayıb.

Nəşrin məlumatına görə, Rusiya təyyarəsi haqqında məlumatların yer aldığı bölmə aviaşirkətin rəsmi saytından silinib.

Bundan əvvəl “Suxoy mülki təyyarələri” şirkətinin rəhbəri Aleksandr Rubtsov “CityJet”in Rusiya təyyarələrindən imtina edə biləcəyini açıqlamışdı. Onun sözlərinə görə, İrlandiya şirkəti biznes modelini dəyişdiyindən indi əvvəl bağlanmış müqavilələrə tam fərqli şəkildə yanaşır.

Qeyd edək ki, “CityJet” Rusiyanın “Sukhoi Superjet 100” təyyarələrini istismar etmiş yeganə Avropa şirkəti idi. Müqaviləyə əsasən, İrlandiyaya 15 belə təyyarənin tədarükü planlaşdırılırdı.

Açar sözlər:

Oxunub: 337