Avtomobil kanalizasiya quyusuna düşdü +VİDEO


12:08     18 Fevral 2019 19_02_18_1550477446.jpg

Xırdalan şəhərində kanalizasiya xətlərinin çəkilmə prosesi uzanır.


Femida.az BakuPost -a istinadən xəbər verir ki, bu isə yollarda tıxacların yaranmasına, qəzaların baş verməsinə səbəb olur. Şəhər sakinləri bildirir ki, xüsusilə yağışlı havalarda vəziyyət dözülməz hala gəlir, avtomobillərə ciddi ziyan dəyir. Bunun sübutu kimi redaksiyamıza göndərilən vodeo şəhərin Qalubiyyə küçəsində (Heydər Parkının yaxınlığı) çəkilib. Görünür ki, avtomobil yolun ortasında qazılan çuxura düşüb.

Sakinlərin sözlərinə görə bu xəttin çəkilməsi aylardır davam edir. Aidiyyəti qurumlar vəziyyəti nəzərə almır.



Açar sözlər:

Oxunub: 953