Əfvlə bağlı Ramil Usubovla görüş oldu
12:37 18 Fevral 2019
Bu gün hüquq müdafiəçiləri Səadət Bənənyarlı, Novella Cəfəroğlu və Səidə Qocamanlı Daxili işlər naziri, Prezident yanında Əfv Məsələləri Komissiyasının üzvü Ramil Usubovla görüşüblər.
Bu barədə Femida.az-a S. Bənənyarlı məlumat verib. O bildirib ki, görüşün keçirilməsində məqsəd siyahılarında olan məhbuslarla bağlı naziri məlumatlandırmaq olub: “Daha sonra bizə edilən digər müraciətlərlə bağlı fikir mübadiləsi etdik. İşgüzar bir görüş alındı. Bilirsiniz ki, bu günlərdə Əfv Məsələləri Komissiyasının iclası keçirilir. Ramil Usubov məsələlərin araşdırılması üçün göstəriş verdi.
Artıq siyahını Komissiyaya təqdim etmişik. Siyahıda bu günə kimi siyasi məhbus hesab etdiyimiz şəxslərin adı var. Elə insanlar var ki, illərdir ki, adı həmin siyahıdadır. Ümid edirəm ki, bu dəfəki əfv siyahısında onların adını görə biləcəyik. O cümlədən, bu məsələlərlə bağlı, cənab prezident İlham Əliyevə də müraciət etmişik”.
Oxunub: 777
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"