Ermənistan Rusiyadan 100 milyonluq hərbi kredit, 12 döyüş təyyarəsi alacaq


13:25     18 Fevral 2019 19_02_18_1550481982.jpg

Ermənistan Rusiyadan 12 ədəd “Su-30SM” tipli döyüş təyyarələri alacaq.

Femida.az -ın “RİA Novosti”yə istinadən xəbərinə görə, bu barədə Ermənistanın müdafiə naziri David Tonoyan bildirib.

Onun sözlərinə görə, təyyarələrin ilk hissəsi bu ilin sonu, uzağı gələn ilin əvvəli alınacaq.

D. Tonoyan həmçinin qeyd edib ki, Ermənistan Rusiyadan 100 milyon dollarlıq yeni hərbi kredit əldə etməyi planlaşdırır.

Xatırladaq ki, 2015-ci ilin iyununda Rusiya-Ermənistan kredit sazişinə uyğun olaraq Ermənistana 200 milyon dollarlıq silah verilmişdi.

Açar sözlər:

Oxunub: 493