Rüstəm İbrahimbəyov Milli Şuradan imtina edib


13:47     18 Fevral 2019 19_02_18_1550483335.jpg

Rusiyada yaşayan kinorejissor, Milli Şuranın fəxri sədri Rüstəm İbrahimbəyov bir neçə gün əvvəl Bakıya gəlib. O, 80 yaşını Azərbaycanda bir çox tanınmış insanlarla birlikdə qeyd edib. Ziyafətdə çəkilən fotolar birməanlı qarşılanmayıb və sosial şəbəkələrdə müzakirələrə səbəb olub.


Maraqlıdır ki, İbrahimbəyovun ad günü məclisinə Milli Şuradan heç kim dəvət olunmayıb. Hətta qurumun sədri, İbrahimbəyovu özünə dost hesab edən Cəmil Həsənli də orada görünməyib. Yalnız Eldəniz Quliyev sənət dostu kimi dəvət alıb.

Məlumata görə, İbrahimbəyov söhbət zamanı artıq siyasətlə məşğul olmadığını, Milli Şura ilə bütün əlaqələri kəsdiyini etiraf edib. Hətta uzun müddətdən sonra Bakıya səfəri zamanı Cəmil Həsənli ilə də görüşmək istəməyib.

Milli Şura üzvü Eldəniz Quliyev AzVision.az -a açıqlamasında bir çox məqamları etiraf edib: “Ad günündə iştirak etdim. Biz Rüstəm bəylə 40 illik dostuq. Amma mərasimə Milli Şura üzvləri dəvət olunmayıb”.

E.Qiliyev, həmçinin qeyd edib ki, Bakıda İbrahimbəyovla qurum üzvlərinin toplantısı nəzərdə tutulmayıb: “O, bura ad gününü qeyd etmək üçün gəlib. Şura üzvləri ilə görüşü olmayıb. Olacağını da ehtimal etmirdim”.

Açar sözlər:

Oxunub: 461