Azərbaycanlı Türkiyədə saxta pulla tutuldu


16:05     18 Fevral 2019 19_02_18_1550491591.jpg

Türkiyədə saxta pulla alış-veriş edən azərbaycanlı E.C. saxlanılıb.

“Habertürk”ün məlumatlarına görə, o, Türkiyənin Karabük vilayətində ələ keçib.

Bildirilib ki, onun alış-veriş etdiyi mağazanın sahibi pullardan şübhələndiyi üçün polisə məlumat verib.

Üzərinə baxış zamanı həmin şəxsdən doqquz ədəd 200, 22 ədəd 100 və 22 ədəd 50 türk lirəsi olan saxta əskinas aşkarlanıb. Azərbaycanlı dindirildikdən və tibbi müayinədən keçirildikdən sonra həbsxanaya göndərilib.

Faktla bağlı araşdırmalar davam edir.

Açar sözlər:

Oxunub: 355