Kənd Təsərrüfatı Nazirliyində yeni təyinat


16:24     18 Fevral 2019 2019/02/52487912_301659634039355_6358368068598497280_n_1550492796.jpg


Kənd Təsərrüfatı Nazirliyinin Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutuna yeni direktor təyin olunub.

Nazirlikdən Femida.az-a verilən məlumata görə, bu vəzifəyə Elnur Heydərov təyinat alıb. Yeni direktor buna qədər Azərbaycan Dövlət Aqrar Universitetində çalışıb.

Qeyd edək ki, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu Kənd Təsərrüfatı Nazirliyinin Aqrar Elm və İnnovasiya Mərkəzinə tabe olan 7 elmi-tədqiqat institutundan biridir.

Femida.az

Açar sözlər: #aqrar   #kənd   #təyinat   #nazirlik   #üzümçülük  

Oxunub: 565