Türkiyədə çətənə yetişdiriləcək - Nazir


16:32     18 Fevral 2019 19_02_18_1550493245.jpg


Türkiyədə çətənə yetişdiriləcək.

Femida.az Trend-ə istinadən xəbər verir ki, bunu ölkənin kənd və meşə təsərrüfatı naziri Bekir Pakdemirli deyib.

Onun sözlərinə görə, çətənənin yetişdirilməsi dövlətin ciddi nəzarəti altında davam edəcək:

"Bizim məqsədimiz tərkibində narkotik maddələrin olmadığı texniki sortların yetişdirilməsidir".

Nazir əlavə edib ki, çətənənin texniki sortları kənd təsərrüfatı, səhiyyə, tekstil sənayesi, tullantıların təkrar emalı və digər sahələrdə istifadə olunacaq.

O qeyd edib ki, ilkin olaraq çətənə ölkənin 19 vilayətində əkiləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 401