Bakıda 14 liftdən oğurluq edən şəxs saxlanılıb
18:23 18 Fevral 2019
Səbail RPİ-nin 39-cu Polis Bölməsinə fevralın 14-də Nizami küçəsindəki binaların birindən liftin əyləc dolağının oğurlanması barədə müraciət daxil olub.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Bakı şəhər sakini, əvvəllər oğurluq və qəsdən sağlamlığa ağır zərər vurmaya görə məhkum olunmuş R.Əliyev olduğu müəyyən edilib.
Polis əməkdaşları tərəfindən onun digər analoji cinayət əməllərinin də üstü açılıb. Belə ki, R.Əliyevin cari ilin yanvar ayının 24-dən fevral ayının 12-dək olan müddətdə paytaxtın Azadlıq prospektində, S.Vurğun, Nizami və Ü.Hacıbəyov küçələrində yerləşən binalardan 13 liftin əyləc dolaqlarını oğurlaması da müəyyən edilib.
Faktla bağlı cinayət işi başlanılıb. İstintaq aparılır.
Femida.az
Oxunub: 314
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb