Futbol üzrə Azərbaycan millisi yoxlama oyunu keçirəcək


18:48     18 Fevral 2019 2019/02/b95a1092-8005-4af0-9370-8f40591d461f_1550497194.jpg


Futbol üzrə Azərbaycan milli komandası yoldaşlıq görüşündə qüvvəsini sınayacaq.

Femida.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Litva yığması ilə üz-üzə gələcək.

Martın 25-də “Bakcell Arena”da təşkil olunacaq görüş saat 18:00-da başlayacaq.

Qeyd edək ki, Azərbaycan millisinin Nikola Yurçeviçin rəhbərliyi altında ilk sınağı martın 21-də səfərdə Xorvatiyaya qarşı olacaq. AVRO-2020-nin seçmə mərhələsindəki ilk görüş Zaqreb şəhərindəki "Maksimir" stadionunda keçiriləcək.

Femida.az

Açar sözlər:

Oxunub: 511