Bu ölkələrin vətəndaşları Xocalıya ədalət istədi
17:55 18 Fevral 2019
Diasporla İş üzrə Dövlət Komitəsinin televiziyası olan Diaspor TV vasitəsilə müxtəlif ölkələrdən “Xocalıya ədalət” səsləndirilib. Belə ki, Diaspor TV-nin təşəbbüsü ilə dünyanın onlarla ölkəsindən xaricilər “Xocalıya ədalət” istəyiblər. Soydaşlarımızla yanaşı, ABŞ, Rusiya, Ukrayna, Çin, Hindistan, Gürcüstan, Türkiyə, əksər Avropa və Ərəb ölkələrinin vətəndaşları da müsahibədə Xocalı soyqırımı haqqında məlumatlı olduqlarını bildirib, “Xocalıya ədalət” deyiblər.
Videomüsahibədə müxtəlif yaş kateqoriyasına daxil olan insan¬lar iştirak edib. Onlar “Xocalıda soyqırımı olduğuna inanıram və Xocalıya ədalət istəyirəm” deyib.
Müsahibələrin alınmasında xaricdə yaşayan azərbaycanlılar xüsusi fəallıq nümayiş etdiriblər. Videomüsahibələrlə Dövlət Komitəsinin rəsmi Youtube kanalında tanış olmaq olar. Eyni zamanda, müsahibələr Dövlət Komitəsi ilə İctimai Televiziyanın birgə layihəsi olan “Vətən uzaqda deyil” proqramında da nümayiş etdiriləcək. Proqram fevralın 25-dən 26-na keçən gecə saat 00.10-da yayımlanacaq.
Femida.az
Oxunub: 440
Oxşar xəbərlər
- Bu gün Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyidir
- Bütün meymunları öldürən virus aşkarlanıb
- Bu gündən icbari avtomobil sığortası üzrə haqlar yeni qayda ilə hesablanacaq
- Bu gün şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad ediləcək
- Bu gün Azərbaycanda Anım Günüdür
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Bu ərazilər Ordumuzun nəzarətinə keçdi - RƏSMİ
- Bu gündən uşaq bağçalarına elektron qəbul başlayır
- Bu gün II qrupa qəbul imtahanı keçiriləcək
- Bu gün III qrupa qəbul imtahanı keçirilir