Tural Vəlizadəyə 8 il həbs verildi - Sıla və Ebrunu gətirəcəkdi...


19:43     18 Fevral 2019 2019/02/19-22-16-h_1550503406.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində Sıla və Ebru Gündeşi Bakıya gətirmək adı ilə 200 min dollarlıq dələduzluq etməkdə təqsirləndirilən “Velizadə prodakşn”ın rəhbəri Tural Vəlizadəyə hökm oxunub.

“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə T. Vəlizadə 8 il müddətinə azadlıqdan məhrum edilib.

İttihama görə, T.Vəlizadə azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verəcəklərini vəd edərək onlardan 200 min dollar alıb. Lakin vədinə əməl etməyib və pulu da geri qaytarmayıb.

Zərərçəkmişlərdən biri də iş adamı Rövşən Hacıyevdir. Onun işçisi Əli Vəliyev iş adamı ilə T.Vəlizadə arasında vasitəçi olub və müdirindən 140 min dollar alaraq Turala verib.

T.Vəlizadə isə dələduzluq etmədiyini, sadəcə borc pul aldığını deyib. Həm də 140 min yox, 120 min dollar aldığını qeyd edib.

Açar sözlər:

Oxunub: 408