Tural Vəlizadəyə 8 il həbs verildi - Sıla və Ebrunu gətirəcəkdi...
19:43 18 Fevral 2019
Bakı Ağır Cinayətlər Məhkəməsində Sıla və Ebru Gündeşi Bakıya gətirmək adı ilə 200 min dollarlıq dələduzluq etməkdə təqsirləndirilən “Velizadə prodakşn”ın rəhbəri Tural Vəlizadəyə hökm oxunub.
“Qafqazinfo”nun verdiyi xəbərə görə, hakim Cavid Hüseynovun icraatında olan prosesdə məhkəmə kollegiyasının hökmü ilə T. Vəlizadə 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, T.Vəlizadə azərbaycanlı iş adamlarına Türkiyənin tanınmış müğənniləri - Sıla və Ebru Gündeşi Bakıya gətirib, konsert verəcəklərini vəd edərək onlardan 200 min dollar alıb. Lakin vədinə əməl etməyib və pulu da geri qaytarmayıb.
Zərərçəkmişlərdən biri də iş adamı Rövşən Hacıyevdir. Onun işçisi Əli Vəliyev iş adamı ilə T.Vəlizadə arasında vasitəçi olub və müdirindən 140 min dollar alaraq Turala verib.
T.Vəlizadə isə dələduzluq etmədiyini, sadəcə borc pul aldığını deyib. Həm də 140 min yox, 120 min dollar aldığını qeyd edib.
Oxunub: 409
Oxşar xəbərlər
- Ali məktəblərin magistraturalarına qəbul imtahanı başa çatıb
- Məhəmməd peyğəmbərin karikaturalarının müəllifi qəzada öldü
- "Xarıbülbül” festivalı ilə dünyaya bir sıra mesajlar vermiş olduq - Tural Gəncəliyev
- Ermənistan parlamentinin əməkdaşı Tural Gəncəliyevi ölümlə hədələyib
- Tural Gəncəliyev: “Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək”
- “Xankəndi sakinləri öz evlərinə dönəcəklər!” - Tural Gəncəliyev
- Tural Gəncəliyev Qarabağ ermənilərinə: "Hüquqlarınız təmin ediləcək"
- Erməni terrorçuları Tural Gəncəliyevi təhdid edib
- Tural Gəncəliyev: “Ermənistanın indiki rəhbərliyi məsuliyyəti dərk etmir”
- Tural Gəncəliyev Qarabağda yaşayan ermənilərə müraciət etdi