Koçaryanın oğluna qarşı cinayət işi açıldı
20:20 18 Fevral 2019
Ermənistanın sabiq prezidenti, hazırda həbsdə olan Robert Koçaryanın böyük oğlu Sedraka qarşı cinayət işi açılıb.
Azvision.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Sedrak Koçaryan çirkli pulların yuyulması və vergidən yayınmada ittiham edilir. Ondan ölkəni tərk etməmək barədə iltizam alınıb.
Bundan əlavə, S.Koçaryan, “Konqres” mehmanxanasının özəlləşdirilməsinə görə açılan cinayət işi çərçivəsində dindirilib.
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin rəisi Artur Vanetsyan bildirib ki, Koçaryanın oğulları həmin obyekti 6 milyon dollar rüşvət müqabilində ələ keçiriblər.
Oxunub: 592
Oxşar xəbərlər
- Koçaryanın məhkəməsi təxirə salındı
- Koçaryanın ofisi yaxınlığında atışma
- Koçaryanın məhkəməsinin vaxtı yenə dəyişdi
- Koçaryanın taleyi necə olacaq? - Qərar verilir
- Koçaryanın tərəfdarları etiraz aksiyası keçirdi
- Koçaryanın məhkəməsində dava düşdü - VİDEO
- Koçaryanın həbs müddəti uzadıldı
- Koçaryanın məhkəməsi təxirə salındı
- Koçaryanın tərəfdarları küçələrə axışdı
- Koçaryanın tərəfdarları etirazlara başladı