Bakıda evdən yaşlı qadının kəfəni və kəfən pulu oğurlanıb - VİDEO


21:04     18 Fevral 2019 2019/02/5c6ac7deabefd_s_1550509587.png

Bakının Sabunçu rayonu Ramana qəsəbəsində oğrular evdən yaşlı qadının özü üçün aldığı kəfəni və kəfən pulunu götürüblər. Bundan əlavə, götürə bildikləri qədər sabun, şampun və geyim əşyalarını da özləri ilə aparıblar.


Femida.az xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə, 61 yaşlı Gülxanım Kərimova illərdir ki, dar günü üçün yığdığı pulu və özü üçün aldığı kəfəni evində saxlayıb. Lakin bir neçə gün əvvəl evə girən oğrular elə ilk olaraq həmin pulu və kəfəni oğurlayıblar.Daha ətraflı videonu təqdim edirik:


Açar sözlər:

Oxunub: 703