Dövlət büdcəsində 828 mln. manat qalıq yaranıb


21:54     18 Fevral 2019 budce.png

Bu ilin yanvar ayında Azərbaycanın dövlət büdcəsinin gəlirləri 2 097,1 mln. manat, xərcləri isə 1 269,1 mln. manat təşkil edib.

Femida.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 50,5% və 30% çoxdur.

Son nəticədə büdcədə 828 mln. manatlıq qalıq yaranıb.

Femida.az

Açar sözlər:

Oxunub: 360