Bakıda 29 yaşlı qız itkin düşdü


09:07     19 Fevral 2019 itkin%20qız.jpg

Bakıda gənc qız itkin düşüb.

Femida.az Trend-ə istinadən bildirir ki, hadisə paytaxtın Binəqədi rayonu ərazisində baş verib.

Binəqədi rayonu, Çiçək qəsəbəsində yaşayan Məmmədov Saleh Oruc oğlu Binəqədi rayon Polis idarəsinin 40-cı polis bölməsinə müraciət edərək bildirib ki, onunla birlikdə yaşayan qızı, 1990-cı il təvəllüdlü Məmmədli Dilarə Saleh qızı fevralın 15-də yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.

Faktla bağlı araşdırma aparılır.

Femida.az

Açar sözlər:

Oxunub: 311