Bakıya sulu qar yağır
09:21 19 Fevral 2019
Bu gün Bakıda və Abşeron yarımadasında yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir. Havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə və gündüz 2-3 dərəcə isti olacaq, gecəyə doğru 0-yə yaxınlaşacaq.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Femida.az-a verilən məlumata görə, atmosfer təzyiqi 759 mm civə sütunundan 770 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında isə arabir yağış, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Bəzi şimal və şərq rayonlarında intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 0-4, gündüz 5-8 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 2-5 dərəcə isti təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza gəlincə, fevralın 19-da Abşeron yarımadasında havanın təzadlı dəyişəcəyi, xəzri küləyinin güclənəcəyi və yağıntılı hava şəraiti gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən əlverişsizdir.
Nazirlik xəbərdarlıq edir ki, Bakıda və Abşeron yarımadasında fevralın 18-dən 19-na keçən gecədən başlayaraq fevralın 20-dək hava şəraitinin dəyişəcəyi, yağışın sulu qara keçəcəyi gözlənilir. Şimal küləyinin sürəti 15-20 m/s olacaq, arabir 23-25 m/s-dək güclənəcək. Havanın temperaturu fevralın 19-da ötən günlə müqayisədə 6-8 dərəcə aşağı enəcək, gün ərzində 2 dərəcəyə yaxın isti olacaq.
Azərbaycanın rayonlarında fevralın 18-i axşamdan 20-si səhərədək əsasən şimal və şərq rayonlarında havanın arabir yağıntılı olacağı, bəzi yerlərdə sulu qar, dağlıq və dağətəyi rayonlarda qar yağacağı, ayrı-ayrı rayonlarda intensiv olacağı gözlənilir. Qərb küləyi bəzi yerlərdə arabir 20-25 m/s-dək güclənəcək. Havanın temperaturu fevralın 19-da ötən günlə müqayisədə 5-7 dərəcə aşağı enəcək.
Femida.az
Oxunub: 447
Oxşar xəbərlər
- Bakıya yağış, dağlıq rayonlara qar yağacaq
- Bakıya gediş-gəliş nə vaxt açılacaq? - RƏSMİ CAVAB
- Bakıya giriş-çıxış yanvarın 25-dək bağlı olacaq
- Bakıya qar nə vaxt yağacaq? - Ekologiya Nazirliyi açıqlama verdi
- Bakıya yeni liftlər gətirilib
- Bakıya xüsusi təyinatlı yeni texnikalar gətirilib
- Bakıya 4 yeni metro qatarı gətirildi
- Bakıya 115 kiçiktutumlu avtobus gətiriləcək
- Bakıya girişlə bağlı DYP-dən sürücü və sərnişinlərə XƏBƏRDARLIQ
- Bakıya yeni 18 metrlik avtobuslar gətirildi