Bakıda polis əməkdaşı barəsində cinayət işi başlanılıb
09:57 19 Fevral 2019
Bakıda polis əməkdaşı Əliqulu Ağaliyev barəsində cinayət işi başlanılıb.
Femida.az Report-a istinadən xəbərinə görə, onun barəsində Cinayət Məcəlləsinin 293.-2-ci (işgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar dövlət orqanının vəzifəli şəxsi və ya bu qisimdə çıxış edən digər şəxs tərəfindən, yaxud onun təhriki və ya razılığı ilə, yaxud o, xəbərdar olduğu halda başqa şəxslər tərəfindən işgəncə vermə) maddəsi ilə ittiham irəli sürülüb.
Zərərçəkmiş qismində Ə.Allahverdiyev tanınır.
Ə.Ağaliyev barəsində polis nəzarəti qətimkan tədbiri seçilib.
Cinayət işinin ibtidai istintaqı yekunlaşdırılaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim İradə Həsənzadənin icraatına verilib.
Məhkəmənin hazırlıq iclası fevralın 25-nə təyin edilib.
Qeyd edək ki, hadisə baş verən zaman Ə.Ağaliyev Qaradağ Rayon Polis İdarəsinin bölmələrinin birində polis vəzifəsində işləyib.
Femida.az
Oxunub: 486
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakıda yaşayış binasında yanğın olub, xəsarət alan var
- Bakıda faciə: Ölənlər var
- Bakıda 16 yaşlı gənc sinəsindən bıçaqlanıb