Rayonlara qar yağır - Yollarda vəziyyət necədir?


10:30     19 Fevral 2019 19_02_19_1550557670.jpg

Hazırda Şamaxı, İsmayıllı, Qobustan, Ağsu aşırımı, Quba, Qusar və Xızı istiqamətində qarın yağması davam edir. Yollarda ciddi problem müşahidə edilmir.

Femida.az xəbər verir ki, bu barədə "Azərbaycan Avtomobil Yolları" Dövlət Agentliyinin İctimaiyyətlə Əlaqələr şöbəsinin rəhbəri Anar Nəcəfli məlumat verib. Bildirib ki, Dövlət Agentliyinin texnikaları və əməkdaşları ərazilərə cəlb olunub.

"Yarana biləcək problemlərin qarşısının alınması üçün işlər aparılır. Hazırda yollarda ciddi bir problem müşahidə olunmur". / azvision.az

Femida.az

Açar sözlər:

Oxunub: 527