Məmmədyarov Koreya səfirini qəbul etdi


21:36     23 Oktyabr 2015 trend_elmar_mammadyarov_191015.jpg

Xarici işlər naziri Elmar Məmmədyarov Koreya Respublikasının Azərbaycana yeni təyin olunan səfiri Kim Çanq Gyu qəbul edib.


Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən Femid.az-a verilən məlumata görə, səfir Kim Çanq Gyu etimadnaməsinin surətini xarici işlər naziri Elmar Məmmədyarova təqdim edib.

Görüşdə Azərbaycan və Koreya Respublikası arasında siyasi, iqtisadi və ticarət əlaqələrinin inkişafından məmnunluq ifadə olunub.

Səfir Kim Çanq Gyu diplomatik fəaliyyəti dövründə iki ölkə arasında əməkdaşlığın daha da genişləndirilməsi üçün səylərini əsirgəməyəcəyini vurğulayıb.

Nazir Elmar Məmmədyarov səfir Kim Çanq Gyuya diplomatik fəaliyyətində uğurlar arzu edib.

Açar sözlər:

Oxunub: 837