Sumqayıt sakini qətlə yetirilib


10:38     19 Fevral 2019 bicaq.jpg


Sumqayıt şəhərində 29 yaşlı kişi qətlə yetirilib.

DİN Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, fevralın 18-də saat 21 radələrində Sumqayıt şəhəri ərazisindən şəhər sakini A.Seyidovun kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya gətirilib. Həkimlərin səyinə baxmayaraq orada ölməsi barədə şəhər Polis İdarəsinə məlumat daxil olub. Bununla əlaqədar dərhal polis və prokurorluq orqanlarının əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib.

Faktla bağlı cinayət işi açılıb.

Təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qəsdən adam öldürməkdə şübhəli bilinən Kəlbəcər rayon sakini, əvvəllər məhkum olunmuş B.Həsənov saxlanılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 303