ATƏT sədri Bakıya gəlir - Gündəm Qarabağdır


14:38     19 Fevral 2019 19_02_19_1550572720.jpg

ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiyanın xarici işlər naziri Miroslav Layçak Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına dair müzakirələr aparmaq məqsədilə Bakı ilə İrəvana səfər edəcək.

Femida.az “RİA Novosti”yə istinadən xəbər verir ki, Layçak bunu Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla görüşünün yekunlarına dair keçirdiyi mətbuat konfransında bəyan edib.

“Məhz Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsini müzakirə etmək üçün martın ilk yarısında mən Bakı və İrəvana səfər etməyə hazırlaşıram. Bununla bağlı Ermənistan və Azərbaycandan dəvət almışam” – ATƏT-in sədri vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 334