Polis qardaşını televizora baxmaq üstündə öldürən şəxsdən XƏBƏR VAR


15:47     19 Fevral 2019 1398947325_mehkeme.jpg

Bakı Apellyasiya Məhkəməsində qətl törətməkdə ittiham edilən Əli Əliyevin barəsində olan hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.


Femida.az xəbər verir ki, bu barədə “Report”a onun vəkili Əfifə Əsgərova məlumat verib.

Onun sözlərinə görə, hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Ə.Əliyevin apellyasiya şikayəti qismən təmin edilib, birinci instansiya məhkəməsinin çıxardığı hökm dəyişdirilib.

Belə ki, onun 17 il müddətinə azadlıqdan məhrumetmə cəzası 15 ilə endirilib.

Qeyd edək ki, hadisə 2017-ci ilin avqustunda Binəqədi rayonu, 9-cu mikrorayon, Mir Cəlal küçəsi, 85 ünvanında yerləşən binada baş verib. Ə.Əliyev qardaşı Murad Əliyevi bıçaqlayaraq öldürüb.

Qardaşlar arasında mübahisəyə səbəb televizora baxmaq olub.

O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkum apellyasiya şikayəti verib.

Xatırladaq ki, M.Əliyev kunq-fu idman növü üzrə peşəkar idmançı, Çevik Polis Alayında polis serjantı imiş.

Açar sözlər:

Oxunub: 411