Netanyahu Moskvada Putinlə görüşəcək


18:20     19 Fevral 2019 19_02_19_1550579663.jpg

İsrailin baş naziri Benyamin Netanyahu fevralın 21-də Moskvaya işçi səfəri zamanı Rusiya prezidenti Vladimir Putinlə danışıqlar aparacaq.


Femida.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti bəyanat yayıb.

“Görüş zamanı ikitərəfli, ilk növbədə, ticari-iqtisadi və humanitar sferalarda əməkdaşlığın aktual məsələlərinin müzakirəsi, eləcə də Fələstin-İsrail problemi və Suriyada vəziyyət də daxil olmaqla Yaxın Şərqdəki mövcud durumla bağlı fikir mübadiləsi aparacaqlar”, – deyə bəyanatda qeyd edilib.

Açar sözlər:

Oxunub: 435