İlham Əliyev Ollanda başsağlığı verdi


22:06     23 Oktyabr 2015 bassag.jpg

Azərbaycan Prezidenti İlham Əliyev Fransa Respublikasının Prezidenti Fransua Ollanda başsağlığı məktubu ünvanlayıb.


Femida.az-ın xəbərinə görə, başsağlığı mətnində deyilir:

“Ölkənizdə baş vermiş nəqliyyat qəzası nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Fransa xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram”.

Açar sözlər:

Oxunub: 839