Azərbaycanda ötən il 10,5 mlrd. kubmetr qaz istehlak edilib
17:42 19 Fevral 2019
2018-ci ildə Azərbaycanda əmtəəlik təbii qaz ehtiyatları 23,2 mlrd. kubmetr təşkil edib.
Femida.az -ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, onun 82,5%-i hasilatın, 9,8%-i ilin əvvəlinə mövcud olan ehtiyatın, 7,7%-i isə idxalın hesabına formalaşıb.
Belə ki, ötən il qaz hasilatının həcmi 19,14 mlrd. kubmetr, ilin əvvəlinə formalaşmış ehtiyatın həcmi 2,274 mlrd. kubmetr, idxalın həcmi isə 1,786 mlrd. kubmetr olub.
Ehtiyatların 45,1%-i və yaxud 10,463 mlrd. kubmetri ölkə daxilində istehlak edilib.
Ötən il ümumi ehtiyatın 42,5%-i yaxud 9,86 mlrd. kubmetri ixraca yönəldilib.
2018-ci ildə 2,5% yaxud da 0,58 mln. kubmetr itki olub, 9,9% və ya 2,297 mlrd. kubmetr 2019-cu ilin yanvarın 1-i vəziyyətinə ehtiyat kimi qalıb.
Oxunub: 264
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib