İçki və qida məhsullarının istehsalı artıb


21:53     19 Fevral 2019 19_02_19_1550598826.jpg

Yanvarda əvvəlki ilin eyni ayı ilə müqayisədə içki istehsalında 48,9 faiz, qida məhsullarının istehsalında 14,3 faiz artım, tütün məmulatlarının istehsalında isə 33,5 faiz azalma müşahidə olunub.
Dövlət Statistika Komitəsindən Femida.az -a verilən məlumata görə, bu sahələrin əsas məhsullarından qənd və şəkər tozu istehsalı 5,1 dəfə, duru bitki yağlarının istehsalı 54,6 faiz, cem və marmeladların istehsalı 3,7 faiz, araq istehsalı 5 dəfə, alkoqolsuz içkilərin istehsalı isə 50,6 faiz artıb.

Açar sözlər:

Oxunub: 428