610 min manatlıq dələduzluq edənlər həbs olundu


09:36     20 Fevral 2019 hebs_58.jpg

Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən İlham Xıdırov və Nazim Mustafayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.


Femida.az xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, İ.Xıdırovun 9 il 6 ay və N.Mustafayev isə 5 il müddətinə azadlıqdan məhrum edilib. N. Mustafayev məhkəmə zalında həbs edilib.

İttihama görə, təqsirləndirlən şəxslər İrandan və Rusiyadan kompressor avadanlıqları gətirib, satmaq adı ilə bir neçə şəxsdən külli miqdarda pul alaraq onlara qazanc verəcəklərini vəd verib, lakin həmin şəxsləri aldadıblar.

Digər təqsirləndirilən N.Mustafayev barəsində həbs qətimkan tədbiri seçilməmişdi.

Zərərçəkmişlərdən biri Elxan Muradlıdır. Onun qardaşı Etibar Muradov Nəsimi Rayon İcra Hakimiyyətinin 8 saylı Xəzinədarlıq İdarəsinin müdiridir.

E.Muradlı biznes qurmaq üçün 610 min manat pulu İ.Xıdırova verib və ala bilməyib. İ.Xıdırov qardaşı oğlu Elxan Xıdırovdan 50 min dollar alıb.

Həmin şəxslər zərərçəkmiş Gülnaz Abdullayevadan 21 min dollar, Tamilla Əliyevadan isə 28 min dollar almaqla dələdzuluq ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 443


Oxşar xəbərlər