Polis mitinqə gələn qıza təcavüz edib? -Türkiyədə böyük qalmaqal (VİDEO)


10:03     20 Fevral 2019 2019/02/1037732956_1550642716.png

Türkiyədə tələbə qızın polis tərəfindən təcavüzə məruz qalması xəbəri geniş müzakirələrə səbəb olub.


Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,Ankarada universitet tələbəsi Merve Demirelin keçirilən mitinq zamanı polis tərəfindən təcavüzə məruz qalması idda edilib.Sosial şəbəkələrdə yayılan görüntülərdə polis əməkdaşının mitinq iştirakçılarını ərazidən uzaqlaşdırarkən tələbə qıza toxunduğu və qeyri-etik hərəkətlər etdiyi əks olunub. Müxalifət partiyaları qeyd olunan görüntüləri paylaşaraq həmin polis əməkdaşının cəzalandırılmasını tələb edib. İddialarla bağlı hakim partiya olan Ədalət və İnkişaf partiyasından da reaksiya gəlib. Partiyanın üzvü Özlem Zengin videonu izlədiyini və polisin bilərəkdən gənc qıza o hərəkəti etmədiyini bildiirb.

"Polis mitinq iştirakçılarını ərazidən uzaqlaşdırarkən bilmədən tələbə qıza toxunur.Düşünürəm ki, bunu bilərəkdən etməyib", deyə o açıqlamasında bildirib.Sözügedən kadrları təqdim edirik:





Miri Məcidli
Femida.az

Açar sözlər: #Türkiyə_xəbərləri   #Cinsi_təcavüz   #Video    

Oxunub: 1131