Bakıda nazirlərin V iclası keçirilir


10:25     20 Fevral 2019 2018/04/dovlet-q_1523608797.jpg

Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V iclası keçirilir.


Femida.az xəbər verir ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin V toplantısı açılış mərasimi və salamlama nitqlərindən sonra üç plenar sessiya üzrə davam edəcək. Birinci sessiyada Cənub Qaz Dəhlizi layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabatlar diqqətə çatdırılacaq.

Avropa Komissiyasının büdcə və kadr siyasəti üzrə komissarı Günter Ottinger və energetika naziri Pərviz Şahbazovun moderatorluğu ilə keçirilən ikinci plenar sessiyada layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları nəzərdə tutulub. Üçüncü plenar sessiya Cənub Qaz Dəhlizi layihəsinin birləşdirici kəmərlərlə genişləndirilməsi perspektivlərinə həsr olunub.

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə Bəyannamə” imzalanması, eləcə də mətbuat konfransının keçirilməsi planlaşdırılır.

Xatırladaq ki, Cənub Qaz Dəhlizinin Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də, ikinci toplantı 2016-cı il fevralın 29-da, üçüncü toplantı 2017-ci il fevralın 23-də, dördüncü toplantı isə ötən il fevralın 15-də keçirilib.

Femida.az

Açar sözlər:

Oxunub: 266