Nənə və 11 yaşlı nəvəsi boğulub öldü - Bakıda FACİƏ
10:50 20 Fevral 2019
Bakıda nənə və nəvəsi evdə dəm qazından boğulub.
Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə paytaxtın Nərimanov rayonu ərazisində baş verib.
Nərimanov rayonu, ev 54, mənzil 52 ünvanında yaşayan, 1951-ci il təvəllüdlü Əliyeva Sevil İsa qızı və nəvəsi, 2008-ci il təvəllüdlü İsmayılov Ülvi Elşad oğlunun meyiti aşkarlanıb.
Hadisə yerinə gələn hüquq-mühafizə orqanları əməkdaşları evə və meyitlərə baxış keçirib. Baxış zamanı meyitlərin üzərində xəsarət izləri aşkarlanmayıb.
Müəyyən edilib ki, həmin şəxslər dəm qazından boğularaq dünyasını dəyişib.
Faktla bağlı Nərimanov rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (Səhlənkarlıq, ehtiyatsızlıqdan iki və daha artıq şəxsin ölümünə səbəb olma) maddəsilə cinayət işi başlanıb.
Femida.az
Oxunub: 508
Oxşar xəbərlər
- Nənə və babasını armaturla döyüb öldürdü – Dəhşətli qətlin ilk GÖRÜNTÜSÜ
- Nənənin nəvələrini və özünü öldürməsinin təfərrüatı: Səliqəli geyindirilmiş uşaqların meyitlərini...
- Nənəsigilə qonaq gələn 11 yaşlı qızı maşın vurdu
- Nənə və 5 yaşlı nəvəsini maşın vurdu
- Nənə və nəvəni maşın vurdu - Uşağın vəziyyəti ağırdır
- Nənəsinin dizinin üstündən yıxılan körpə ciddi xəsarət aldı
- Nənələrdən ibarət cinayətkar qrup tutuldu - Zərdabda (Video)