Mağazadan oğurluq etdi


11:00     20 Fevral 2019 ogurluq.jpg

Fevralın 18-də Bərdə rayon sakini Şövqi Zərgərov RPŞ-yə ərizə ilə müraciət edərək ona məxsus mağazadan oğurluq olduğu barədə məlumat verib.


Femida.az xəbər verir ki, “isti izlər”lə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Ağdam rayon sakini Mənsur Həsənov saxlanılıb.

Araşdırmalarla onun 760 manat pul, 700 manat dəyərində mobil danışıq kartları və 500 manat dəyərində müxtəlif növ siqaretlər oğurladığı müəyyən edilib. İlkin dindirilmə zamanı o törətdiyi cinayət əməlini etiraf edib.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 318