“ASAN Könüllüləri” komitə sədrləri ilə görüşdü


11:51     20 Fevral 2019 Milli-meclis-1.jpg

Azərbaycan Respublikası Milli Məclisi və “ASAN Könüllüləri” Təşkilatının birgə əməkdaşlığı ilə həyata keçirilən “Könüllülər Parlamenti - Azərbaycan, 2019” layihəsi çərçivəsində tədbir iştirakçılarının Milli Məclisin Aqrar siyasət, Təbii ehtiyatlar, energetika və ekologiya, Gənclər və idman komitələrinin üzvləri ilə görüşüb.


Parlamentdən AFemida.az-a verilən məlumata görə, Milli Məclis Sədrinin müavini, Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov, Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, Gənclər və idman komitəsinin sədri Ülvi Quliyev gənclərin həyata keçirdiyi bütün faydalı təşəbbüsləri dəstəklədiklərini bildiriblər, onlara fəaliyyətlərində uğurlar diləyiblər.

Sonra komitə sədrləri qanun yaradıcılığı prosesi, o cümlədən qanunların hazırlanması, qəbulu, icra mexanizmləri barədə məlumat verdilər. Deputatlar təmsil etdikləri sahələr üzrə ölkədə aparılan islahatlar və buna dair qanunvericilik bazasının yaradılması və təkmilləşdirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıblar.

Söhbət zamanı Valeh Ələsgərov enerji sektorunun inkişafı, bu sahədə həyata keçirilən layihələr barədə söhbət açıb. Eldar İbrahimov kənd təsərrüfatında torpaqların səmərəli istifadəsi, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi haqqında danışıb. Ülvi Quliyev gənclərdə vətənpərvərlik hissinin formalaşması, onların milli-mənəvi dəyərlərə uyğun yetişməsi üçün ölkədə görülən işlərdən bəhs edib.

Görüşdə iştirak edən “Könüllülər Parlamenti”-nin eyni adlı komitələrinin nümayəndələri bir sıra suallarla müraciət ediblər. Milli Məclisin komitə sədrləri gəncləri maraqlandıran sualları cavablandırıblar, onlara faydalı tövsiyələr veriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 278