4 il əvvəl ölmüş şəxsin adına cərimə gəldi - Azərbaycanda

4 il əvvəl ölmüş şəxsin adına cərimə gəldi - Azərbaycanda


11:59     20 Fevral 2019 2019/02/Yolpolisi_1550649566.jpg

Azərbaycanda 4 il əvvəl ölmüş şəxsin adına cərimə yazılıb.

Femida.az xəbər verir ki, bu barədə məlumatı jurnalist Zakirə Zakirqızı paylaşıb. Onun sözlərinə görə,4 il bundan əvvəl dünyasını dəyişmiş həyat yoldaşının adına 50 manat cərimə yazılıb.

" Dünən vəfat etmiş həyat yoldaşım Elxanın adına Baş Dövlət Yol Polisi İdarəsindən məktub gəlib. Bu ilin fevral ayının 1-də Salyan yolunda sürət həddini aşdığına görə radara "düşüb". Sonra da idarə etdiyi NİSSAN PATROL maşını texniki baxışdan keçmədiyi üçün üstəlik 50 manat da cərimələnib. DYP-nin əməkdaşlarına deyim ki, mənim yoldaşım 4 ildir rəhmətə gedib və bizim heç vaxt NİSSAN PATROL maşınımız olmayıb. Hətta öz adına belə kiminçüsə alsaydı xəbərim olardı. İndi məni bir məsələ düşündürür: birdən bu maşın kimisə vurub, öldürdü... Məsuliyyəti kim daşıyacaq? Mənim 4 il bundan əvvəl dünyasını dəyişmiş yoldaşım?", deyə o öz narahatlığını ifadə edib.
Həmin fotoları təqdim edirik:





Miri Məcidli
Femida.az




Açar sözlər: #cərimə   #polis   #Bakı  

Oxunub: 572