Gürcü dili bilənlərin nəzərinə - Mütəxəssis axtarılır
12:00 20 Fevral 2019
Dövlət İmtahan Mərkəzi (DİM) fənlər üzrə gürcü dilində yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislərin işə qəbulunu elan edib.
Mərkəzdən Femida.az-a verilən məlumata görə, maraqlanan şəxslər CV formasını martın 15-dək [email protected] elektron poçt ünvanına göndərə bilərlər.
Fənlər üzrə yoxlama-ölçmə materiallarının hazırlanması üzrə mütəxəssislər gürcü dilində test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının tərtibi, gürcü dilində tərtib olunmuş test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının ekspertizası, test tapşırıqlarının və digər yoxlama-ölçmə materiallarının gürcü dilinə tərcüməsini bacarmalıdırlar.
İxtisas tələbləri və digər şərtlərə gəlincə, aşağıdakı ixtisaslardan biri üzrə ən azı bakalavr təhsilinə malik olmalıdır:
- Azərbaycan dili;
- gürcü dili;
- rus dili;
- riyaziyyat;
Mütəxəssislər yeni təhsil proqramları (kurikulumlar) üzrə məlumatlı olmalıdır. Microsoft Office proqramlarında işləməyi bacarmalı, Azərbaycan dili, rus dili və riyaziyyat üzrə ixtisaslı mütəxəssislər gürcü dilini mükəmməl bilməlidirlər. İşə götürülənlərin vəzifəsi, əmək haqqı və iş qrafiki müqaviləyə əsasən müəyyən olunur.
Femida.az
Oxunub: 602
Oxşar xəbərlər
- Gürcüstanda matəm elan olunub
- Gürcüstanda qətl törədən azərbaycanlı gənc saxlanılıb
- Gürcüstan buğda ixracına qadağa qoyur
- Gürcüstan Prezidenti Azərbaycana səfərə gəlib
- Gürcüstanda meymunçiçəyinə ilk yoluxma qeydə alınıb
- Gürcüstanda azərbaycanlı gəncin meyiti tapılıb, yaxınları öldürüldüyünü iddia edir
- Gürcüstanda iki dəfə zəlzələ olub
- Gürcüstandan iki nəfər Azərbaycan vətəndaşı deportasiya edilib
- Gürcüstana 10 kiloqramdan artıq heroinlə qanunsuz daxil olan Azərbaycan vətəndaşları saxlanılıb
- Gürcüstan Prezidenti ABŞ-a gedib