Bakı metrosunda baş vermiş ölümün SƏBƏBİ


12:51     20 Fevral 2019 19_02_20_1550652738.jpg


Bakıda metroda 58 yaşlı kişinin ölüm səbəbi məlum olub.

Femida.az bildirir ki, hüquq-mühafizə orqanlarından Trend-ə verilən məlumata görə, stansiyada dünyasını dəyişən Zaqatala rayon sakini, 1961-ci il təvəllüdlü Ömərov Hidayət Şaban oğlu ürək xəstəliyindən əziyyət çəkirmiş:

"Səhər saatlarında metronun "Nərimanov" stansiyasının girişində özünü pis hiss edib. Bir neçə dəqiqədən sonra Hidayət Ömərov stansiyaya düşmək istəyərkən girişdə özünü yenidən pis hiss edib və qəfil ürəyi dayanıb".

Məlumata görə, meyit daxili müayinə olunub və onun ürək çatışmazlığından dünyasını dəyişdiyi təsdiqlənib.

Xatırladaq ki, bu gün səhər saat 08:50-də Bakı Metropoliteninin "Nərimanov" stansiyasına daxil olan sərnişin, Zaqatala rayon sakini, 1961-ci il təvəllüdlü Ömərov Hidayət Şaban oğlu stansiyanın girişində dünyasını dəyişib.

Femida.az

Açar sözlər:

Oxunub: 415