“Buta Airways”in təyyarəsi Ankaraya məcburi eniş edib


13:35     20 Fevral 2019 19_02_20_1550655366.jpg


“Buta Airways” aviaşirkətinin Bakı-İstanbul aviareysi üzrə təyin edilən təyyarəsi Ankaraya məcburi eniş edib.

Femida.az oxu.az-a istinadən bildirir ki, bu barədə AZAL-ın mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənski məlumat verib.

O bildirib ki, “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) aşağı büdcəli törəmə strukturu “Buta Airways” aviaşirkətinin Bakı-İstanbul aviareysi üzrə təyin edilən təyyarəsi hava şəraiti ilə əlaqədar olaraq Ankaraya eniş etməli olub:

“İstanbulun Sabiha Gökçen Hava Limanında (SAW) güclü duman ilə əlaqədar olaraq “Buta Airways”in J2 9103 nömrəli aviareysində hava gəmisinin kapitanı Ankaranın Esenboğa Hava Limanına (ESB) məcburi eniş etmək qərarı alıb. Reys Bakı vaxtı ilə saat 11:10-da Ankarada uğurlu eniş edib. Hər hansı yeni informasiya olarsa, bu barədə ictimaiyyətə məlumat veriləcək”.

Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Ankaradan İstanbula yola düşəcək.

Femida.az

Açar sözlər:

Oxunub: 552