Bakıda qadından həmcinslərinə qarşı cinayət


14:08     20 Fevral 2019 qadin%20ogur.jpg

Nəsimi RPİ 20-ci PB-nin əməkdaşları tərəfindən ötən il noyabrın 8-də iki qadının içərisində pul, mobil telefon və sənəd olan çantalarını oğurlamaqda şübhəli bilinən Zaqatala rayon sakini S.Balayeva saxlanılıb.


DİN-in Mətbuat Xidmətindən Femida.az-a verilən məlumata görə, ətrafında aparılan tədbirlərlə onun ötən il dekabrın 28-də daha bir qadının içərisində 400 manat, bankomat kartı və sənəd olan pulqabısını oğurlaması da müəyyən edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 328