Nazarbayev Vahid Ələkbərovla görüşdü

Nazarbayev Vahid Ələkbərovla görüşdü


14:29     20 Fevral 2019 2019/02/b3594f41-c29d-4ea8-8d64-d88905bf07ab_1550658602.jpg

“Lukoil” şirkəti Qazaxıstan iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyub.



Qazaxıstan Prezidenti Nursultan Nazarbayev Rusiyanın “Lukoil” neft şirkətinin başçısı Vahid Ələkbərovu qəbul edib.

“Anadolu” agentliyi xəbər verir ki, tərəflər neft-qaz sənayesi sahəsində gələcək əməkdaşlığın inkişafına dair məsələləri müzakirə ediblər.

N.Nazarbayev bildirib ki, “Lukoil” şirkəti Qazaxıstan iqtisadiyyatına 9 milyard dollar sərmayə qoyub.

Sonda N.Nazarbayevə Qazaxıstanın Xəzər dənizi hissəsində karbohidrogen kəşfiyyatı və hasilatı üzrə “Jenis” layihəsinin birlikdə həyata keçirilməsi planının detalları təqdim olunub.(report.az)

Femida.az

Açar sözlər:

Oxunub: 151