Bakı sakini smartfona görə anasını öldürdü
14:34 20 Fevral 2019
Bakıda bir gənc smartfon üstündə düşən mübahisədən sonra doğma anasını öldürüb.
Femida.az Bu barədə “Sputnik Azərbaycan” Nərimanov Rayon Polis İdarəsinə istinadən məlumat yayıb.
Məlumata görə, 26 yaşlı Müslümov Eldar Şirəddin oğlu 66 yaşlı Müslümova Nailə Əzim qızını qətlə yetirib. Qətl fevralın 18-də törədilib.
Saxlanılan şəxsin verdiyi ifadəyə görə, ailə-məişət münaqişəsi zamanı o anasına stulla sinə nayihəsindən zərbə endirib. Qadın zərbənin təsirindən yıxılıb və başı divara dəyib.
“Törətdiyi hadisədən dərhal sonra E.Müslümov mənzilin qapısını bağlayaraq, hadisə yerindən qaçıb. Günlərlə evdə olmayıb. Fevralın 19-u, 16:00 radələrində anasının sağ qaldığı ümidi ilə evə geri dönüb, təcili tibbi yardım çağırıb. Ancaq həkimlər onun öldüyünü deyib. Çox keçmədən cinayət yerinə polis gəlib”, - deyə polis rəsmisi bildirib.
İlkin araşdırma nəticəsində müəyyən edilib ki, oğulla ana arasında mübahisə smarfona görə düşüb. E.Müslümov arzuladığı mobil telefonu alması üçün anasından pul istəyib, qarşı tərəf isə razı olmayıb. Qəzəblənmiş oğul anasına əl qaldırıb.
Qeyd edək ki, evdə onlardan başqa heç kim yaşamayıb. Hüquq-mühafizə orqanlarının məlumatına əsasən, cinayətkar epilepsiyadan və psixi pozuntulardan əziyyət çəkir.
Fakt üzrə cinayət işi açılıb, istintaq davam edir.
Oxunub: 332
Oxşar xəbərlər
- Bakıda yolların yenidən qurulmasına 4,23 milyon manat ayrılıb - SƏRƏNCAM
- Bakıda mənimsəmədə təqsirləndirilən qadının məhkəməsində şahid dindirilib
- Bakı metrosunda 4 azyaşlını dilənçiliyə sövq edən qadın saxlanılıb
- Bakıda avtomobil 39 yaşlı kişini vurub
- Bakıda özəl klinikada 46 yaşlı kişi əməliyyatdan sonra ölüb
- Bakıda gecə satlarında atışma: Güllələnən şəxs görün kimdir - VİDEO
- Bakı sakini küçədə əmisini qətlə yetirib
- Bakıda və bölgələrdə güclü külək əsəcək - XƏBƏRDARLIQ
- Bakıda avtomobil qadını vuraraq öldürüb
- Bakı hava limanında ƏMƏLİYYAT - Tutulanlar VAR